Mobil versiya
Horadizdə Bayraq Muzeyi tikilir
Tarix: 29-05-2017 | Saat: 11:07
Bölmə:Gündəm | çapa göndər

Horadizdə Bayraq Muzeyi tikilir



Bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir. Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur. Dövlətin tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində Dövlət Bayrağı meydanının ərazisində Bayraq Muzeyi inşa edilirr. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Bayraq Muzeyinin binası bir mərtəbəli, səkkizgüşəli ulduz formasındadır.

Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.

Horadizdə inşa olunacaq Bayraq Muzeyində nümayiş etdirilən eksponatlar rayon sakinlərinin və rayona gələn qonaqların şanlı tariximiz haqqında geniş təsəvvür yaratmalarına imkan verəcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024