Mobil versiya
Azərbaycan Estoniya təcrübəsini öyrənir
Tarix: 27-05-2017 | Saat: 14:44
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Estoniya təcrübəsini öyrənir


"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinın sədri Saleh Məmmədov Estoniyanın Yol Agentliyininin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş keçirib.
Qurumdan verilən məlumata görə, görüşdə Azərbaycanla Estoniya arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

S.Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, ölkəmizin avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd olunub ki, ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Estoniyalı qonaqlar da öz növbəsində ölkələrinin yol şəbəkəsi, həyata keçirilən yolinfrastrukturu layihələri barədə məlumat veriblər.

Görüşdə Azərbaycan və Estoniya dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin ölkələr arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlığın zəruri olduğu vurğulanıb.

Qeyd edək ki, Estoniyanın Yol Agentliyinin əməkdaşları üçün "Azəravtoyol” ASC tərəfindən təşkil edilən 3 günlük infotur başa çatıb. İnfotur çərçivəsində qonaqlar Azərbaycanın müasir yol infrastrukturu ilə tanış olublar, yolların yenidən qurulması layihələri çərçivəsində aparılan işlərlə yerində tanış olub, mühəndislərlə görüşüblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024