Mobil versiya
İmsaqda tox saxlayan qidalar – qaya duzu ilə hazırlanmış ayran...
Tarix: 27-05-2017, 12:38 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Manşet2 | çapa göndər

İmsaqda tox saxlayan qidalar – qaya duzu ilə hazırlanmış ayran...



İmsaqda tox tutan yeməklər, hər Ramazanda olduğu kimi bu il də araşdırılır. Artıq orucluq başlayıb və insanlar qidalanma təkliflərini araşdırmağa başlayıb.
30 günlük ibadət müddətini çətinlik çəkmədən keçirmək istəyənlər imsaqda istifadə etdikləri qidalarla gün boyu necə tox qala biləcəkləri ilə maraqlanır. Həm sağlamlıqları üçün, həm də Ramazan ayını rahat bir şəkildə keçirmək üçün məlumatlı olmaq istəyənlər, mütəxəssislərin təkliflərini araşdırır.
Bir çox mütəxəssis da bu mövzuda onlara kömək edə biləcək məlumat paylaşır. Bəs yaxşı imsaqda tox tutan yeməklər hansılardır?

Modern.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, dietoloq, professor Canan Karatay bununla bağlı tövsiyələr verib.

Qaya duzu ilə hazırlanmış ayran...

Uzun müddət qidalanmayacaqlar üçün imsaq təklifləri verən Professor Canan Karatay, kristal qaya duzu ilə evdə hazırlanan ayranın da faydalı bir içki olduğunu vurğulayıb.
"Duz mağaralarından əldə edilmiş təbii qaya duzu 84 mineralı ilə halsızlıq probleminin önünə keçər" deyə bildirib.
İmsaqsız oruc tutmağın təsirləri
İmsaqa qalxmadan oruc tutmağın risklərini izah edən professor, bu vəziyyətin, qaraciyər problemlərinə səbəb olduğunu bildirib. İmsaqın naharı əvəz etdiyini ifadə edən Karatay, bunları deyib:
"Səhər yeməyi 24 saat ərzində ən əhəmiyyətli yeməkdir. Son dərəcə qüvvətli, sağlam və doydurucu olmalıdır. Mütləq güclü zülal, təbii yağ və karbohidratlar doyana qədər yeyilməlidir."
İmsaqda nə yeməli, nələrdən qaçınılmalıdır?
Professor, imsaqda kərəy ağında bişirilmiş 2 yumurta, 1 ovuc içi qədər ağ pendir, 1 çay stəkanı qoz ləpəsi, 10-15 zeytun ya da bir ovuc içi qədər Ramazan pidesinin içinə kərə yağı, pendir, pomidor, xiyar əlavə olunaraq yeyilə biləcəyini deyib.
O, sözlərini belə davam etdirib: "Bir qəhvə fincanı təzə sıxılmış meyvə suyu, karbohidrat və gündəlik C vitamini qaynağı olaraq yetərli olacaq. Artığına ehtiyac yoxdur. Bundan başqa şirniyyat, bal, cem kimi yüksək qlisemik indeksli karbohidratlar yeyilməməlidir. Onlar susamaya səbəb olurlar”.

AİA.az



5570 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30