Mobil versiya
Azərbaycanda ailə həkimləri hazırlanır
Tarix: 26-05-2017, 18:24 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycanda ailə həkimləri hazırlanır


Mayın 26-da bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşkilatçılığı ilə Mingəçevir və Yevlax Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkimlər üçün seminar keçirilib.

İTSDA-dan verilən məlumata görə Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin seminar iştirakçılara ünvanlandığı məktubunu oxuyub:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsas məqsədlərindən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsidir. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması, onlara beynəlxalq təcrübənin öyrədilməsi olduqca zəruridir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq”.

Seminarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları və müalicəsi, həmçinin təcili təxirəsalınmaz halların idarə olunmasında ailə həkimlərinin roluna dair mövzular işıqlandırılmış, həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi üçün məşğələlər keçirilmişdir. Seminar Türkiyə Ailə Həkimliyi Dərnəyinin üzvləri MuratSoyal və Hakan Uzun tərəfindən aparılıb. Seminar mayın 27-də də davam edəcək.
Pilot ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Agentlik tərəfindən gələcəkdə də təlim və praktiki seminarların keçirilməsi planlaşdırılır.

AİA.az



5440 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930