Mobil versiya
"Tədris müddəti yenə də azdır" - Təhsil Nazirliyi
Tarix: 25-05-2017 | Saat: 17:24
Bölmə:Təhsil / Karusel | çapa göndər

"Tədris müddəti yenə də azdır" - Təhsil Nazirliyi



Təhsil Nazirliyi ümumtəhsil məktəblərində tədris müddətinin azaldılması ilə bağlı məsələyə rəsmi münasibət bildirib.

AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, təhsilin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir:

"Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdən sonra 34 həftə olub. Hətta bu dəyişikliklərdən sonra Azərbaycanda tədris müddəti azdır. Azərbaycanda ümumi orta təhsil müddəti dünya ortalamasından 6 həftə azdır. Ona görə də validyenlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür".

E.Əmrullayev qeyd edib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı mətkəblərin müəllimlərinin davranışı ilə bağlıdır: "Bir çox məktəblərdə bu müddətdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının. Ümumtəhsil məktəblərində dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlə tənzimlənir. Mövcud qaydalara görə Azərbaycanda dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024