Mobil versiya
Baş Prokurorluq daha bir KİV-ə xəbərdarlıq edib
Tarix: 25-05-2017, 16:36 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Baş Prokurorluq daha bir KİV-ə xəbərdarlıq edib



Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulmaqla Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilənlərlə əlaqədar qəzetin baş redaktoru Vüqar Məmmədov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

AİA.az



5397 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30