Mobil versiya
Putin İlham Əliyevlə iqtisadi böhranı müzakirə etdi
Tarix: 16-10-2015 | Saat: 15:09
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Putin İlham Əliyevlə iqtisadi böhranı müzakirə etdi


Rusiya prezidenti Vladimir Putin bu gün Qazaxıstanda keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə neftin qiymətlərinin ucuzlaşmasını və regionda iqtisadi fəallığın azalmasını müzakirə edib

Bu haqda Putin özü MDB dövlət başçılarının ümumi yığıncağındakı çıxışı zamanı bildirib. Rusiya prezidentinin çıxışını Kremlin rəsmi saytı yayıb.

“Bu gün bizim ölkələrimizə bir sıra neqativ xarici amillər təsir edir. Biz bu zala daxil olarkən bəzi həmkarlarımızla, o cümlədən Azərbaycan prezidenti ilə danışdıq. Bu, bizim bir sıra əsas ixrac mallarımızın qiymətinin aşağı düşməsi, dünya iqtisadiyyatında hökm sürən qeyri-müəyyənlik, bir sıra regionlarda siyasi gərginliyin artmasıdır. Bütün bu məqamlar regionda iqtisadi artımın yavaşımasına gətirib çıxarır”- deyə Putin bildirib.

Rusiya prezidenti əlavə edib ki, MDB ölkələrinin məcmu ÜDM-i 2015-ci ilin birinci yarısında azalıb, o cümlədən investisiyalar azalıb. MDB ölkələri arasında mal dövriyyəsi də aşağı düşüb.

“Bu situasiyada milli iqtisadiyyatların xarici bazarlardan asılılığını azaltmaq üçün kompleks tədbirlər görmək və MDB-in özünün daxilində işgüzar əlaqələrin canlandırılması barədə düşünmək lazımdır”-deyə Putin vurğulayıb.

Rusiya prezidenti ilk növbədə MDB azad ticarət zonasının yaradılmasına dair 2011-ci ildə imzalanmış müqaviləni xatırladıb. Bildirib ki, bu müqavilənin potensialını tam açmaq və malların, investisiyaların qarşılıqlı hərəkətini mümkün qədər sadələşdirmək lazımdır.

“Biz həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik”- Putin deyib.

Şübhə yoxdur ki, Putin MDB ölkələrini “xarici bazarlardan asılılığı azaltmağa” çağıranda ilk növbədə Qərblə iqtisadi əlaqələri məhdudlaşdırmağı nəzərdə tutur. Çünki Qərbin Rusiyaya qarşı sanksiyalarına cavab olaraq Putin əks-sanksiyalar tətbiq edib və əsasən Avrasiya İttifaqı üzrə ortaqlarını bu sanksiyalara qoşmaq üçün çalışır.(virtualorg)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024