Mobil versiya
Roma Papası və II Elizabeta İlham Əliyevi təbrik edib
Tarix: 24-05-2017 | Saat: 18:22
Bölmə:Gündəm | çapa göndər

Roma Papası və II Elizabeta İlham Əliyevi təbrik edib



Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AİA.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Milli bayramınız olan Respublika Günü münasibətilə Sizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Azərbaycan xalqına xoşbəxtlik arzulayıram".

Eyni zamanda Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib. Məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024