Mobil versiya
“Qaçqınkom”dan dələduz qadınla bağlı açıqlama
Tarix: 24-05-2017 | Saat: 18:12
Bölmə:Gündəm / Karusel | çapa göndər

“Qaçqınkom”dan dələduz qadınla bağlı açıqlama



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adı dələduzluqda hallananan qadının onların işçisi olmadığını açıqlayıb.

Dövlətqaçqınkomun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsinin strukturunda heç bir vaxt Gülnarə Müxtarova adlı şəxs işləməyib.

"Bakı şəhər sakini Gülnarə Muxtarovanın bir qurup məcburi köçkünlərə qarşı dələduzluq əməlləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə adı çəkilən şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri işlədiyi qeyd edilib. Ümumiyyətlə Dövlət Komitəsinin strukturunda belə bir vəzifə mövcud olmayıb", deyə məlumatda qeyd edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024