Mobil versiya
İt damında tapılmış qızı DİN-in institutundan qovdular
Tarix: 23-05-2017 | Saat: 15:54
Bölmə:Gündəm / Karusel | çapa göndər

İt damında tapılmış qızı DİN-in institutundan qovdular


20 yaşlı Lüdmila Fursova Rusiya DİN-in Belqorod şəhərindəki Hüquq İnstitutundan qovulub.

Milli.Az KP-yə istinadən bildirir ki, Lipetsk vilayətinin Dobrinka qəsəbəsində doğulmuş Lüdmila dövlət hesabına təhsil alırdı.

Qovulmanın səbəbi kimi "onun kimisə güllələyə biləcəyi təhlükəsi" göstərilib.

Bəlli olub ki, institutun rəhbərliyi Lüdmilanın anasının qətlə görə həbsxanada olduğunu biləndən sonra bu qərara gəlib. Üstəlik, 3-cü kurs tələbəsindən dövlətin onun təhsilinə xərclədiyi 300 min rubl tələb olunub.

"Fevralın 14-də L.Fursova mühazirə zamanı özünü pis hiss etdiyini, güllə atışı poliqonuna gedə bilməyəcəyini deyib. İnstitutun terapevti ilə söhbətində o, deyib ki, depressiyadadır və kimisə güllələyə bilər", - institut rəhbərliyi bildirib.

L.Fursova isə deyib ki, həkim onu təhqir edib: "Mənə dedi ki, dərslərə qatılmamaq üçün yalan danışıram. Halbuki hərarətim və təzyiqim artmışdı. Zəif immunitetim var, uşaqlıqda tez-tez xəstələnirdim. Həkimə dedim ki, poliqona gedə bilmərəm: hərarətim var, əllərim titrəyir, silah əlimdən yerə düşə bilər".


L.Fursovanın anası aşnasını qətlə yetirdiyinə görə həbsxanadadır. Lüdmilanın 3,5 yaşı olanda onu uşaq evinə veriblər.

Dobrinka qəsəbəsinin sakinlərinin dediklərinə görə, əxlaqsızlıq və əyyaşlıq edən anası olan balaca Lüdmilanı sosial təminat idarəsinin əməkdaşları it damında tapmışdılar. 3,5 yaşlı Ludmila itin yeməyindən yeyib ac qalmamaq və qışın soyuğunda isinmək üçün köpəyin damına girmişdi.

L.Fursovanın dediyinə görə, hüquqları pozulub və o, institut rəhbərliyini məhkəməyə verib. 20 yaşlı qızın istəyi təhsilini davam etdirməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024