Mobil versiya
Zakir Həsənov bütün dünyanı terrorla mübarizəyə çağırdı
Tarix: 23-05-2017 | Saat: 13:11
Bölmə:Gündəm / Manşet | çapa göndər

Zakir Həsənov bütün dünyanı terrorla mübarizəyə çağırdı



Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açdıqdan sonra Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.

Türkiyənin Milli Müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib. Bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi sülhün və sabitliyin pozulmasına yönəlmiş təhdiddir. Nazir bildirib ki, bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır.


Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024