Mobil versiya
İslam Oyunları Azərbaycana nə verdi – Deputat, baş readaktor və xalq artistinin CAVABI
Tarix: 22-05-2017, 16:22 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

İslam Oyunları Azərbaycana nə verdi – Deputat, baş readaktor və xalq artistinin CAVABI



IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Bu gün İslam Oyunlarının bağlanış mərasimi olacaq.

54 ölkənin iştirak etdiyi oyunların nəticələrinə əsasən, birinci yer artıq məlum olub.

Belə ki, 21 idman növündə 6000-yaxın idmançı ilə təmsil olunan İslam Həmrəyliyi Oyunlarında, Azərbaycan birinci pillədə qərarlaşıb.

Bununla yanaşı, Bakıya oyunlarla bağlı olaraq turist axını oldu desək yanılmarıq.

İslam Oyunları ictimai, siyasi, mədəniyyət, eləcə də digər sahələrdə hansı təəssüratla yadda qaldı?

Modern.az bu mövzuda keçirdiyi sorğunu təqdim edir.

Deputat Fazil Mustafa bildirib ki, 54 ölkənin içərisində Azərbaycanın birinci olması çox sevindirici haldır.
“Bu göstərici ilə Azərbaycan idmançıları göstərdi ki, dünyanın istənilən ölkəsində keçirilən mötəbər yarışlarda qalib olmağa qadirdir”.
O, İslam Oyunlarının Azərbaycana idmanla yanaşı, digər sahələrdə də müsbət təsiri olduğunu qeyd edib:
“Bildiyiniz kimi dəvət olunan 57 ölkədən 3-ü müəyyən səbəblərdən yarışda iştirak edə bilmədi. Buna baxmayaraq yerdə qalan 54 ölkənin nümayəndələri şəhərimizlə tanış olmaq şansı əldə etdi. Bu baxımdan İslam Oyunlarının Azərbaycana turizm sahəsində də müsbət təsiri olduğunu düşünürəm”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu fikirlərini bizimlə bölüşüb:

“İslam Həmrəyliyi Oyunları şərqlə qərb arasında körpü rolunu oynayır. Ona görə də, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi olduqca əlamətdar bir hadisədir. Bundan öncə daha bir mötəbər yarış Azərbaycana həvalə olunmuşdu. Söhbət Avropa Oyunlarından gedir. Hansı ki həmin yarışın təşkilatçılığı hər kəs tərəfindən təqdirəlayiq hesab olundu. Bir sözlə, belə yüksək əhəmiyyətli yarışların Azərbaycana həvalə olunması, bu ölkənin beynəlxalq arenada olan imicinin etibarlılığından xəbər verir”.

“Şöhrət” ordenli xanəndə, xalq artisti Arif Babayev, oyunlarla bağlı məmnunluğunu ifadə edib:

“Ölkəmizə bütün dünyada maraq göstərilir. Yəni artıq Azərbaycana hər tərəfdən baxılır. Bu oyunları öhdəsinə götürmək böyük məsuliyyət tələb edir. Mən fəxr edirəm ki, mənim ölkəm belə bir yarışın öhdəsindən layiqincə gəldi”.

AİA.az



5396 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30