Mobil versiya
Azərbaycanda idxal azalıb, ixrac artıb
Tarix: 19-05-2017, 11:25 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

Azərbaycanda idxal azalıb, ixrac artıb



Azərbaycanda ölkəyə xaricdən məhsulların idxalı azalıb, ixrac isə artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 4119,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2606,3 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1512,8 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

Nəticədə 1093,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 11 faiz, o cümlədən idxal 27,3 faiz azalıb, ixrac isə 6,2 faiz artıb. Ticarət dövriyyəsinin 37,8 faizi Avropa İttifaqı ölkələrinin, 14,6 faizi MDB üzvü ölkələrinin, 47,6 faizi isə digər ölkələrin payına düşüb.

İdxalın ümumi dəyərinin 23,2 faizi Avropa İttifaqı ölkələrinin, 28,2 faizi MDB üzvü ölkələrinin, 48,6 faizi isə digər ölkələrin payına düşüb. (Trend)

AİA.az



5394 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-10-2019
14-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031