Mobil versiya
İslamiadada qalib idmançılarımız bu günə qədər neçə milyon qazanıblar - MƏBLƏĞ
Tarix: 17-05-2017 | Saat: 15:35
Bölmə:İdman / Karusel | çapa göndər

İslamiadada qalib idmançılarımız bu günə qədər neçə milyon qazanıblar - MƏBLƏĞ



Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları davam edir. Artıq sonlara doğru yaxınlaşdığımız oyunlarda atıcılıq, karate, gimnastika, futbol, həndbol, üzgüçülük, voleybol, boks, cüdo, atletika və taekvando idman növlərində qaliblər müəyyənləşib.

Hazırda cədvəl üzrə 2-ci yerdə qərarlaşan Azərbaycan milli komandasının aktivində 83 medal qeydə alınıb. Bunlardan 43 -i qızıl, 24-ü gümüş, 16-sı isə bürüncdür.
Bəs bu nəticələrdən sonra əldə olunan mükafatlar nə qədərdir?!
Modern.az saytı bu barədə araşdırıb.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Belə ki, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat verilir.

IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşən idmançılar, Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən də mükafatlandırılır. Belə ki, Milli Olimpiya Komitəsi birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafat təyin edib.

Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarında indiyədək medal qazanan idmançıların əldə etdikləri ümumi məbləği təqdim edirik:
Qızıl medal qazanan idmançılar – 6 milyon 450 min manat
Məşqçilər -3 milyon 225 min manat
Gümüş medal qazanan idmançılar - 1 milyon 920 min manat
Məşqçilər -960 min manat
Bürünc medal qazanan idmançılar - 800 min manat
Məşqçilər -400 min manat

Beləliklə, İslamiadanın 5-ci gününə qədər olan nəticələrə görə, yarışların medalçıları və onların məşqçilərinə ümumilikdə 13 milyon 305 min manat ödəniləcək.


Onu da qeyd edək ki, yarışın bitməsinə 5 gün var. Qarşıda bizi tenis, su polosu, uşu, suya tullanma, stolüstü tenis, zorxana, güləş, basketbol kimi idman növləri gözləyir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024