Mobil versiya
"Son 4 ayda qeyri-neft ixracı 22 faiz artıb" - İlham Əliyev
Tarix: 17-05-2017 | Saat: 14:54
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Son 4 ayda qeyri-neft ixracı 22 faiz artıb" - İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

AİA.az xəbər verir ki, xəbər verir ki, Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğuladı və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini dedi.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək qeyd etdi ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin iştirakını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini dedi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın ixracat potensialının genişləndiyini vurğulayaraq son 4 ayda ölkəmizin qeyri-neft ixracının 22 faiz artdığını dedi.

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024