Mobil versiya
Mikayıl Cabbarovun səlahiyyətlərini müavini icra edir
Tarix: 17-05-2017 | Saat: 11:52
Bölmə:Təhsil | çapa göndər

Mikayıl Cabbarovun səlahiyyətlərini müavini icra edir



Təhsil naziri Mikayıl Cabbarovun səlahiyyətlərini müvəqqəti olaraq müavini Ceyhun Bayramov icra edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Mikayıl Cabbarov hazırda xidməti ezamiyyətdədir.

"Nazir Mikayıl Cabbarov xidməti ezamiyyətdədir. Buna görə də onun səlahiyyətlərini müvəqqəti olaraq nazir müavinlərindən biri icra edir. Bu, hüquqi prosedurdur və bu səlahiyyəti hazırda təhsil nazirinin müavini Ceyhun bayramov icra edir”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı növbəti əmri təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov imzalayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024