Mobil versiya
Əlillər onlara verilən "NAZ-Lifan”dan razıdır, narazı?..
Tarix: 16-05-2017 | Saat: 18:13
Bölmə:Gündəm | çapa göndər

Əlillər onlara verilən "NAZ-Lifan”dan razıdır, narazı?..




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illər müharibə əlili və onlara bərabər tutulan şəxslərə "NAZ-Lifan- 320” markalı minik avtomobilləri verilir. Qeyd edək ki, nazirlik daha əvvəllər əlillərə Rusiya istehsalı olan “Oka” avtomobilləri verirdi ki, onların da texniki göstəriciləri "NAZ-Lifan”la müqayisə oluna bilməzdi.

Bəs görəsən qazilər "NAZ-Lifan” avtomobillərindən razıdılarmı?

Qarabağ qazisi Rey Kərimoğlu Modern.az-a bildirib ki, əvvəllər avtomobili olmadığı üçün bu maşın onun üçün çox böyük hədiyyə olub.

““NAZ-Lifan”la bütün bölgələrə səyahət edirəm. Çox rahat avtomobildir. Qaydalara riayət etməklə sürürəm. 1 il yarımdır bu maşın məndədir, heç bir problemi olmayıb. Hansı bir detalı xarab olursa, asanlıqla əldə etmək mümkündür. “NAZ-Lifan”ın Qaradağda rəsmi servisi və 8-ci km-dəki maşın bazarında mağazaları var, orada bütün ehtiyat hissələri satılır. Oradan istənilən ehtiyat hissəsini tapa bilirik, qiymətləri də digər avtomobillərlə müqayisədə münasibdir. Ümid edirik ki, digər müharibə əlilləri də avtomobillə təmin olunar”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024