Mobil versiya
Prezident qalib cüdoçulara medalları təqdim edib - YENİLƏNİB
Tarix: 15-05-2017 | Saat: 17:38
Bölmə:İdman / Karusel | çapa göndər

Prezident qalib cüdoçulara medalları təqdim edib - YENİLƏNİB



IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında cüdo üzrə komanda yarışlarının finalında Azərbaycan millisi Əlcəzair komandası ilə qarşılaşıb.

Modern.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasına Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva izləyiblər.

Final görüşündə əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə 3:2 hesabi ilə qalib gələrək, qızıl medal qazanıblar.


Komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (90 kiloqramdan yuxarı) yer alıblar.

Yarışda bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.

***

İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024