Mobil versiya
Bakı-Moskva arasında kritik gün: tamam, ya davam?
Tarix: 15-05-2017 | Saat: 17:24
Bölmə:Siyasət / Manşet | çapa göndər

Bakı-Moskva arasında kritik gün: tamam, ya davam?



Bu gün Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyat məsələsinə baxacaq. Bu gün 16 ildir mövcud olan böyük bir ictimai təşkilat haqda qəti qərar çıxarılacağı gözlənilir. İddialara görə, hökm neqativ olacaq.

Bakipost.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı qərar çıxarılacağı haqda fikir söylənənlər çoxluq təşkil edir. Buna baxmayaraq, politoloq qərarın müsbət olacağına ümid etdiyini bildfirib:

"Ali Məhkəmə əsas gətirdi ki, guya, nizamnamədəki bəzi müddəalar Rusiya qanunvericiliyinə ziddir. Azərbaycan tərəfi olan həmin təşkilatın rəhbərliyi irad tutulan müddəaları düzəltdi. Məhkəmədə həmin iradları qəbul elədi. Belə bir fikri yarandı ki, deməli, məhkəmə işin müsbət həllini istəyir ki, həmin düzəliş haqda qərarları qəbul edir.

Ümumiyyətlə, vəziyyət kifayət qədər qeyri-müəyyəndir. Azərbaycan tərəfi şantaj edilir, psixoloji təzyiq göstərilir. Bu nöqteyi-nəzərdən mən də həyəcanlıyam və bu işin necə qurtaracağını haqda birmənalı fikir söyləməkdə çətinlik çəkirəm. Çünki Rusiya kimi böyük dövlət bu illər ərzində fəaliyyət göstərən bir təşkilatda nöqsanlar tapır”.

Qabil Hüseynli hesab edir ki, Rusiya bir diaspor təşkilatına görə Azərbaycanla münasibətlərə kölgə salan hərəkətlərə yol verməyə bilər: "Mən bu vəziyyətin hələ də müsbət olacağına ümid edirəm. Amma indi iki ölkə arasında münasibətlər soyuqdur. Bu səbəbdən Rusiyada bu təşkilatdan yapışıblar. Əlbəttə, təşkilat ləğv edilərsə, münasibətlərdə olan soyuqluq bir az da artacaq. Amma bu, Azərbaycan tərəfinin günahı olmayacaq. Azərbaycan hər vasitə ilə çalışır ki, Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə qaldırsın. Görək Rusiya tərəfi buna necə münasibət bəsləyəcək”.

Xatırladaq ki, Moskvada sözügedən məsələ ilə bağlı məhkəmə prosesi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024