Mobil versiya
Türkiyədə avtobus faciəsi: 23 ölü (Yenilənib)
Tarix: 13-05-2017, 17:27 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Türkiyədə avtobus faciəsi: 23 ölü (Yenilənib)




Türkiyənin Marmaris bölgəsində turist avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

AİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, avtobusun altından daha üç nəfərin cəsədi çıxarılıb. Bununla da ölənlərin sayı 23-ə çatıb.

Yaralanan 11 nəfərdən bəziləri ağır vəziyyətdədir.

Xatırladaq ki, turist avtobusu bu gün yerli vaxtla saat 12:30 radələrində Muğla-Antalya avtomobil yolunda qəzaya uğrayıb.

Qəzanın səbəbləri sırasında sürücünün səhvi, sürət həddinin aşılması, əyləcdə nasazlıq, təkərin partlaması kimi ehtimallar səsləndirilir.

***

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.

AİA.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Muğla vilayətinin Marmaris rayonunda baş verib. Belə ki, turistləri daşıyan avtobus Sakar keçidi ərazisində aşıb.

Qəza nəticəsində 17 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və xilasedici briqadalar cəlb olunub.

AİA.az



5408 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30