Mobil versiya
Bakı-2017: Azərbaycan ilk medalını təmin etdi
Tarix: 12-05-2017 | Saat: 15:10
Bölmə:İdman | çapa göndər

Bakı-2017: Azərbaycan ilk medalını təmin etdi




Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, 1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.

+ 91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını - ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024