Mobil versiya
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi AÇIQLANDI
Tarix: 12-05-2017 | Saat: 14:39
Bölmə:İdman / Karusel | çapa göndər

Növbəti İslam Oyunlarının harada keçiriləcəyi AÇIQLANDI



Azərbaycan IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, çox gözəl idman oyunlarına ev sahibliyi edir.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Gənclər və idman naziri Akif Çağatay Kılıc deyib.


IV İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəldiyini deyən nazir bildirib ki, V İslam Həmrəyliyi Oyunları da İstanbulda keçiriləcək:

"Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq. Yüksək şəkildə keçiriləcək açılış mərasimini hamımız birlikdə izləyəcəyik. Daha sonra - 2021-ci ildə isə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək".

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024