Mobil versiya
Müəllim imtahanda ölməyib - Nazirlik açıqlama yaydı
Tarix: 12-05-2017 | Saat: 11:50
Bölmə:Təhsil / Karusel | çapa göndər

Müəllim imtahanda ölməyib - Nazirlik açıqlama yaydı



Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə imtahanı zamanı öldüyü deyilən müəllimlə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, ötən gün bir neçə media orqanında Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) vəfatı ilə əlaqədar yanlış məlumat yerləşdirilib.

"Həmin məlumatda qeyd olunur ki, müəllim diaqnostik qiymətləndirmə zamanı dünyasını dəyişib. Müəllimin harda dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstənaya yerləşdirilib və burada vəfat edib”.

Nazirlikdən bildirilib ki, Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024