Mobil versiya
Mənzillərin jurnalistlərə paylanacağı vaxt açıqlandı
Tarix: 11-05-2017 | Saat: 15:12
Bölmə:Gündəm / Karusel | çapa göndər

Mənzillərin jurnalistlərə paylanacağı vaxt açıqlandı




Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.

Adalet.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul - Milli Mətbuat günündə veriləcək.

Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024