Mobil versiya
Bu marşrutların istiqaməti dəyişdirildi
Tarix: 10-05-2017 | Saat: 15:24
Bölmə:Gündəm | çapa göndər

Bu marşrutların istiqaməti dəyişdirildi



Bu gün Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi gecə saat 02:00-dək fəaliyyət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, buna səbəb Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etməkdir. Artıq bununla bağlı Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Məlumat üçün onu da qeyd edək ki, 2 və 96 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilərək Bakı Atıcılıq Mərkəzinə qədər uzadılıb. Məqsəd IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar burada keçiriləcək yarışlarda iştirak edəcək tamaşaçıların, könüllülərin və işçi qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişini təmin etməkdir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024