Mobil versiya
Zaqatalada faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub
Tarix: 09-05-2017 | Saat: 14:46
Bölmə:Gündəm | çapa göndər

Zaqatalada faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub


Zaqatala rayonundaBöyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə həsr olunmuş "Qələbə müjdəli tarixi yol" mövzusunda bayram tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, mərasimdəZaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Rusiya Federasiyası Dağıstan Respublikası Azərbaycan Nümayəndəliyinin rəhbəri Marat Asgendarov, müavini Xosrov Həsənbəyov,Nümayəndəliyin məsul şəxsləri, o cümlədən Zaqatalanın hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqallar, ziyalılar iştirak ediblər.

Mərasim iştirakçıları ilk öncə Qarabağ müharibəsində şəhid olan zaqatalalıların şərəfinə ucaldılmış xatirə kompleksini və 1941 - 1945-ci illərdə həlak olanların şərəfinə ucaldılmış "Xilaskar əsgər" abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, Vətən yolunda canlarını qurban verən həmyerlilərin əziz xatirəsini ehtiramla yad ediblər.Sonraulu öndər Heydər Əliyevin abidəsi ziyarə edilib,önünə tər çiçəklər düzülüb.

Daha sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs olunub. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadəulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra çıxış edən Dağıstan Respublikası Azərbaycan Nümayəndəliyinin rəhbəri Marat Asgendarov veteranları 9 may - Qələbə bayramı münasibətilə təbrik edib, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi zaqatalalıların da payı olduğunu bildirib.

Tədbirin sonunda rayonda yaşayan Böyük Vətən müharibəsi veteranına rayon icra hakimiyyəti tərəfindən o cümlədənDağıstan Respublikası Azərbaycan Nümayəndəliyi tərəfindən qiymətli hədiyyər təqdim olunub, onlara maddi yardım göstərilib.

Mərasim musiqi proramı ilə davam edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə