Mobil versiya
“Bizə görə heç vaxt utanmayacaqsınız” – Putin
Tarix: 09-05-2017 | Saat: 13:08
Bölmə:Siyasət | çapa göndər

“Bizə görə heç vaxt utanmayacaqsınız” – Putin



"Rusiya əsgərləri bu gündə öz ölkəsi, öz xalqı üçün istənilən igidliyi göstərməyə, istənilən qurbanı verməyə hazırdır".Bunu bu gün Moskvada keçirilən paradda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.

"9 may bayramı bizim böyük ölkənin hər yerində, hər bir ailədə qeyd olunur. Müharibə heç bir ailədən yan keçməyib. Hər şeydən əvvəl biz veteranların bayramını təntənəli şəkildə qeyd edirik. Biz bunu göz yaşını gizlətmədən, pafoslu sözlər deməkdən qorxmadan edirik. Bunu hörmət və ehtiramla dolu olan ürəklərimiz deyir”, - deyə Rusiya prezidenti vurğulayıb.

"Biz qəhrəman və qaliblər nəsili ilə qan qohumluğumuzun olmasını hiss edirik. Onlara müraciət edərək deyirəm: Siz heç vaxt bizə görə utanmayacaqsınız. Rus milləti, rus əsgəri əvvəllər olduğu kimi bu gündə şücaət və qəhrəmanlıq göstərərək bu gün də öz ölkəsi, öz xalqı üçün istənilən igidliyi göstərməyə, istənilən qurbanı verməyə hazırdır.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024