Mobil versiya
Arzu Əliyeva: ""Tour d’Azerbaidjan" ölkəmizdə əsl bayram ab-havası yaradır"
Tarix: 08-05-2017 | Saat: 15:21
Bölmə:Gündəm / Manşet | çapa göndər

Arzu Əliyeva: ""Tour d’Azerbaidjan" ölkəmizdə əsl bayram ab-havası yaradır"



"Ölkəmizdə keçirilən ənənəvi "Tour d'Azerbaidjan" veloyürüşü ildən-ilə daha keyfiyyətli təşkil olunur. Turnir xeyli insanı bir araya toplayaraq, onlara unudulmaz hisslər bəxş edir. Dünyanın müxtəlif yerlərindən velosiped idmanı həvəskarları yarışları izləmək üçün Azərbaycana gəlirlər".

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva ölkəmizdə keçirilən "Tour d'Azerbaidjan" veloyürüşünün bağlanış mərasimində "Eurosport" telekanalına müsahibəsində deyib.

Arzu Əliyeva diqqətə çatdırıb ki, "Tour d'Azerbaidjan" ölkəmizdə əsl bayram ab-havası yaradır. "Biz bundan çox məmnunuq və gələcəkdə də turniri keçirməkdə davam edəcəyik. Qonaqların Azərbaycandan zövq aldığını düşünürəm. Azərbaycan möhtəşəm bir ölkədir və gəzməli, görməli yerlərlə zəngindir. Bizim gözəl təbiətimiz var. Sevindirici haldır ki, hər il daha çox insan bu gözəlliyin şahidi olur", - deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.

Azərbaycanda idmana xüsusi diqqət yetirildiyini bildirən Arzu Əliyeva qeyd edib ki, biz gənclərin fəal həyat tərzi yaşamasının tərəfdarıyıq. Ölkədə idmana marağı artırmaq məqsədilə mötəbər idman yarışları təşkil olunur. Birinci Avropa Oyunları, Formula-1, İslam Həmrəyliyi Oyunları, xüsusən də ötən həftə təşkil olunan Bakı Marafonu buna misaldır. Biz bu yarışların ətrafına çoxlu sayda insan toplamağı bacardıq. Bu da həm əyləncəli vaxt keçirmək, həm də sağlamlıq baxımından çox faydalıdır.

Ötən il keçirilən ən mötəbər yarışlardan birinin də Formula-1 olduğunu diqqətə çatdıran Arzu Əliyeva deyib: "Biz budəfəki yarışı ötənilkindən daha yaxşı təşkil edəcəyik. Gələn il isə builki təcrübədən faydalanaraq, Formula-1-i bundan da yaxşı keçirəcəyik. Azərbaycan təmsilçisinin "Tour d'Azerbaidjan" yarışındakı nəticəsinə çox sevindik. Bununla qürur duyuruq. Bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Onları yenidən Azərbaycana dəvət edirəm".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024