Mobil versiya
Vəfa və Vüsalə serialdan niyə getdi? - Qalmaqal, yoxsa...
Tarix: 08-05-2017 | Saat: 14:03
Bölmə:Dünya / Karusel | çapa göndər

Vəfa və Vüsalə serialdan niyə getdi? - Qalmaqal, yoxsa...



Aparıcı Vüsalə Əlizadə rol aldığı "Qardaşlar" serialından uzaqlaşıb.

AİA.Az xəbər verir ki, ekran işinin baş prodüseri, aktyor Elməddin Cəfərov axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib.

O deyib ki, sentyabrda yenidən V.Əlizadəni ekran işinə dəvət edəcəklər:

"Yeni serialımız olacaq, Vüsaləni ora çağıracağıq. Ayrılmasının heç bir qalmaqallı səbəbi yoxdur".

"Vəfa Zeynalova da serialdan ayrıldı və dediniz sentyabrdan ekran işinə qayıdacaq" sualına E.Cəfərov belə cavab verib:

"Bu haqda danışmaq istəmirəm. Artıq qalmaqal iyi gəlir. Vəfa Zeynalova başqa bir seriala çəkilirdi, ona görə də bizimlə yollarını ayırdı".

Aktyor "Qardaşlar", "Qız atası" və "Bacanaqlar seriallarının yeni mövsümdə davam edib-etməyəcəyindən də danışıb:

"Mövsümü başa vurub, iclas edəcəyik. Onda hansının qalıb, hansının davam edəcəyinə qərar veriləcək. Yeni bir serial da çəkəcəyik. Ciddi janrda ekran işi hazırlayıram. Çox böyük bir layihədir. Bu riski gözə almışam".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024