Mobil versiya
DYP sürücüləri 15 milyon cərimələyib
Tarix: 08-05-2017 | Saat: 11:37
Bölmə:Gündəm / Manşet | çapa göndər

DYP sürücüləri 15 milyon cərimələyib



2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xətaların 50,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3%-i dayanma və ya durma qaydalarının pozulması, 9,5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 15,1 mln. manat məbləğində cərimələr tətbiq edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə