Mobil versiya
Robert Sekuta: ABŞ Azərbaycanı güclü ölkə kimi görmək istəyir
Tarix: 14-10-2015 | Saat: 15:44
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


“Azərbaycan beynəlxalq təhlükəsizliyə öz töhfəsini verir”.

Azərbaycan və Birləşmiş Ştatlar arasında olan diplomatik əlaqələrin əsas tərəfini məhz azadlıq, bərabərlik və demokratiya ilə bağlı ortaq dəyərlər təşkil edir.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ADA Universitetində "ABŞ-ın xarici siyasəti və ABŞ-Azərbaycan əlaqələri” mövzusunda məruzəsi zamanı deyib.

“Azərbaycan hər zaman Birləşmiş Ştatların vacib tərəfdaşı olmuşdur və bu, bu gün də belədir. Bəziləri onun “çətin qonşuluq” məkanında yerləşdiyini qeyd edirlər, lakin bu qonşuluq Avrasiyanın kəsişməsidir. Mən bu yerləşməyə bir imkan kimi baxmağa üstünlük verirəm: təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, demokratiya və insan haqları kimi həlledici və bərabər səviyyədə əhəmiyyətli sahələrdə əməkdaşlıq imkanı kimi”, - səfir qeyd etdi.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar, Azərbaycanı beynəlxalq təhlükəsizliyə öz töhfəsini verən bir tərəfdaş kimi tanıyıb.

Səfir həmçinin 2001-ci ilin 11 sentyabr hücumlarından sonra Prezident Heydər Əliyevin ABŞ-a öz kömək əlini uzatmasını və terrorizmə qarşı mübarizədə ölkəsinin sıx əməkdaşlığını təklif etməsini xatırladıb.

Sekuta bildirdi ki, terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə bu əhəmiyyətli və yüksək qiymətləndirilən əməkdaşlıq, indi də davam edir:

“Bundan əlavə, ABŞ və Azərbaycan silahlı qüvvələri Əfqanıstan, İraq və Kosovada birlikdə xidmət göstəriblər. Azərbaycanın hava məkanından keçməklə Əfqanıstana minlərlə uçuş həyata keçirilib və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək məqsədilə Bakıdan minlərlə yük konteyneri yola salınıb”.

Səfir Birləşmiş Ştatlar və Azərbaycan, enerji təhlükəsizliyi sahəsində iyirmi ildən çox əməkdaşlıq etdiyini vurğulayaraq, bildirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və qaz nəqli üzrə Cənub Dəhlizində əldə olunan tərəqqi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə olan dəstəyinin güclü rəmzləridir – Avropa ölkələri üçün enerji marşrutlarının və mənbələrinin diversifikasiyası istiqamətindəki beynəlxalq səylərin əsas elementidir.

“Biz eyni zamanda Azərbaycan iqtisadiyyatının diversifikasiyasını, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və digər sektorların inkişafını dəstəkləyirik və Böyük İpək Yolu layihəsinin bir hissəsi olaraq daşınma və digər infrastrukturun inkişaf etdirilməsində Azərbaycana köməklik göstəririk”, - Sekuta bildirdi.

Səfir qeyd etdi ki, Birləşmiş Ştatlar təhlükəsizlik və iqtisadi əməkdaşlığı davam etdirməklə bərabər, biz eyni zamanda demokratik institutların və proseslərin inkişaf etdirilməsində, qanunun aliliyinin gücləndirilməsində və əsas insan hüquqlarının təmin olunmasında Azərbaycan və azərbaycanlılarla birgə çalışmalıdır, çünki bu üç sahə bir-biri ilə sıx bağlıdır.

“Birləşmiş Ştatlar, Azərbaycanı güclü, çiçəklənən, sabit və demokratik ölkə kimi görmək istəyir. Bu, hər zaman bizim diplomatik əlaqələrimizin hədəfi olmuşdur və gələcəkdə də davam edəcəkdir”,- səfir vurğuladı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024