Mobil versiya
Bakıda döyüş sursatları tapılıb
Tarix: 06-05-2017 | Saat: 17:38
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda döyüş sursatları tapılıb

Yasamalda 4 qumbara və 32 ədəd müxtəlif növ patron tapılıb.

AİA.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub.

Döyüş sursatına baxış keçirilərkən məlum olub ki, bunlar, döyüş tətbiqinə yararlı olan, 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur. Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024