Mobil versiya
Şəhərimizdə qonaq olan milyonçu rəqqas: "Bakı bu siyasətlə davam edərsə..."
Tarix: 6-05-2017, 17:27 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Şəhərimizdə qonaq olan milyonçu rəqqas: "Bakı bu siyasətlə davam edərsə..."



Gecə paytaxtımızın qonağı olan Canluka Vakki jurnalistlərlə görüş keçirib.

Milli.Az xəbər verir ki, paytaxt Bakıda keçirilən Bakı Şopinq Festivalının özəl qonaqlarından biri olan məşhur milyonçu Canluka Vakki bu gün yerli mətbuatla görüş keçirib. Əvvəlcə festivalla bağlı geniş informasiyalar verilib, daha sonra sözü milyonçu rəqqasa veriblər.

Canluka Vakki Bakı və burada keçirilən ilk Şopinq Festivalından danışıb. Özü də, şoppinq həvəskarı olan biznesmen şəhərimizə heyran qaldığını gizlətməyib.

Post sovet ölkələri arasında ilk Rusiyada olan Canluka Bakı barədə də az eşitmədiyini söyləyib. Ancaq biznesmen "yüz eşitməkdənsə, bir görməyi" daha üstün tutduğunu bildirib:

"Mən bura gəldim və çox fərqli bir ölkə ilə tanış oldum. Gözəllikdən əlavə buranın sakinlərinin insana göstərdiyi qayğı və qonaqpərvərlik mənə çox xoş gəldi.

Bir rəssam olaraq, şəhərinizin rəngarəngliyinə heyran qaldım. Bakı bu cür siyasətlə davam edərsə, gələcəkdə tanınmış bir turizm məkanına çevriləcək və məndə buraya bir turist olaraq qayıdaram".

Gördüyü işlərdən və sosial şəbəkədə məşhurluğundan da danışan Canluka bildirib ki, əvvəllər öz ölkəsində telekanallarda çıxış edərək öz bacarıqlarını göstərib.

İllər ötdükcə texnologiyanın inkişafı və sosial şəbəkələrin geniş yayılmasından sonra orada da özünü sınayıb. Milyonçu rəqqas bu işlərindən sonra daha da məşhurluq qazanıb.

AİA.az



5452 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30