Mobil versiya
Tovuzda “Niva”nın sürücüsü polisi təpikləyib paqonunu cırdı
Tarix: 14-10-2015, 14:01 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Tovuzda “Niva”nın sürücüsü polisi təpikləyib paqonunu cırdı
Dava düşüb.

Tovuzda vətəndaşlarla polislər arasında güclü dava olub.
Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, toydan sərxoş vəziyyətdə çıxan Mübariz Murğuz oğlu Nəsibov idarə etdiyi 60- BP- 121 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobillə hərəkətdə olarkən ərazidə xidmət aparan Tovuz Rayon Yol Patrul Xidmətinin əməkdaşları- İlqar İbrahimov, Ramil Əhmədov və Hikmət Quliyev sürücüdən avtomobili saxlamasını və sənədlərini təqdim etməsini tələb ediblər.

Sürücü sənədlərini təqdim etmədikdə onlar arasında mübahisə yaranıb. Polis əməkdaşları sürücünün sərxoş olduğunu görüb alkoqol müayinəsinə aparmaq istədikdə isə Mübariz Nəsibov polislərdən birinə təpik vurub, digərinin isə paqonunu cırıb.

Elə bu zaman sürücünün arvadı avtomobildən düşüb və qışqıraraq insanları əraziyə toplamağa başlayıb. Hadisə yerinə gələn sakinlər- Fəxrəddin Xəlilov, Qoşqar Əlixan oğlu, Sərxan Mahmudov, Ramin Namazov, Seymur Quliyev, Turab Namazov və Fariz İbrahimovla da polislər arasında mübahisə yaranıb. Sakinlərlə polislər arasında mübahisə zamanı sürücü ərazidən qaçıb.

Adı çəkilən şəxslərin bütün əməlləri polis avtomobilində yerləşdirilmiş avto registrator vasitəsi ilə qeydə alındığı üçün onlar Tovuz Rayon Polis İdarəsinə gətirilib.

Hadisə vaxtı xəsarət alan polis əməkdaşı Hikmət Quliyev isə xəstəxanaya yerəşdirilib.

Ərazidən qaçan sərxoş sürücü də bu gün səhər saxlanılaraq idarəyə gətirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



5443 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031