Mobil versiya
XİN-dən ATƏT-in İrəvan ofisinin bağlanmasına münasibət
Tarix: 06-05-2017 | Saat: 14:29
Bölmə:Siyasət / Manşet | çapa göndər

XİN-dən ATƏT-in İrəvan ofisinin bağlanmasına münasibət



ATƏT-in Ermənistandakı ofisinin bağlanmasına səbəb Ermənistan rəhbərliyinin ona edilən təkliflərə razılıq verməməsidir.
Bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, həmin təkliflər Azərbaycanın legitim narazılıqlarına əsaslanırdı:

"Biz ATƏT tərəfindən müəyyən bir zəmanətlər tələb etmişdik ki, ATƏT-in Yerevandakı ofisi öz fəaliyyətini yalnız Ermənistanın sərhədləri daxilində həyata keçirsin və Azərbaycanın işğal altında olan ərazilərinə sirayət etməsin. Bir də ATƏT-in Yerevan ofisinin fəaliyyətində heç bir istiqamətdə və heç bir sahədə Ermənistanın Azərbaycanla münaqişəli məsələlərinə, onun həlli istiqamətində aparılan fəaliyyətə və ya onun siyasi, iqtisadi humanitar, hərbi aspektlərinə toxunulmasın”.

Nazir müavini bildirib ki, nəticə olaraq ATƏT rəhbərliyi müəyyən təkliflər vermişdi ki, Ermənistan da buna razı olmayıb: "ATƏT rəhbərliyi və təşkilata üzv olan digər ölkələr bizim narahatlıqlarımızı qəbul edərək qərara gəldilər ki, belə bir halda ATƏT-in Yerevandakı ofisi öz fəaliyyətini davam etdirə bilməz”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024