Mobil versiya
Bakıda kişi hamilə arvadını döyərək öldürdü
Tarix: 14-10-2015 | Saat: 13:43
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Ana oğlunu müdafiə etməyə çalışırmış.

Bakının Pirallahı rayonunda hamilə qadını vətəndaş nikahında olduğu əri döyərək öldürüb.

Bu barədə haqqin.az-a Pirallahı rayon Polis İdarəsindən bildiriblər.

Dünən şəhər 3 saylı klinik xəstəxanasında 1975-ci il təvəllüdlü Loginova Yuriya Sergeyevna ginekoloji qanaxmadan ölüb.

İlkin istintaq zamanı qadının 13 yaşlı oğlunu müdafiə etməyə çalışarkən vətəndaş nikahında olduğu əri Faiq Sadıxov tərəfindən döyüldüyü aşkar olub.

Məlum olub ki, oktyabrın 8-də Pirallahı qəsəbəsində Yuliya Loginovanın evində mübahisə baş verib. Sadıxov axşam saat 8 radələrində kəməri ilə oğulluğu Yeqoru döyməyə başlayıb.

Ana oğlunu müdafiə edib. O zaman kişi Loginovanı döyüb və kəmər ilə onun başına bir neçə zərbə vurub. Nəticədə hamilə qadında qanaxma başlayıb, onu xəstəxanaya yatırıblar, qadın orada ölüb.

Hal-hazırda Pirallahı rayon Polis İdarəsində Sadıxovun saxlanılmasına və cinayət məsuliyyətinə cəlb edilməsinə dair tədbirlər həyata keçirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024