Mobil versiya
Azərbaycanda bir neçə bank bağlana bilər - PROQNOZ
Tarix: 05-05-2017 | Saat: 16:37
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Azərbaycanda bir neçə bank bağlana bilər - PROQNOZ



Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv olunmasını istisna etmir.

AİA.az-ın məlumatına görə, APA "Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fondun "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya” adlı icmalında deyilir.

"Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər”, - deyə icmalda vurğulanıb.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024