Mobil versiya
"Sarı zolaq" qadağası başladı - Sürücülərin diqqətinə!
Tarix: 05-05-2017 | Saat: 10:13
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Sarı zolaq" qadağası başladı - Sürücülərin diqqətinə!



IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa bu gündən qüvvəyə minəcək.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, sarı rəngli bütöv xətlərlə çəkilmiş və idman oyunlarının keçirildiyi istiqamətlər üzrə hərəkət yalnız təşkilat komitəsinin təyin etdiyi avtomobillər üçün nəzərdə tutulub.

"Bu gündən xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulur. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər və 40 manat məbləğində cərimə olunacaqlar”.(azvision.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə