Mobil versiya
Ermənilər BQXK-nın əməkdaşlarını atəşə tutublar
Tarix: 04-05-2017 | Saat: 15:53
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ermənilər BQXK-nın əməkdaşlarını atəşə tutublar



Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub.

AİA.az "Report"-a istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub.

Hadisə yerində BQXK-nın əməkdaşları da olub. Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasada texnika və qurğulara ziyan dəyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024