Mobil versiya
“Facebook” istifadəçilərinin sayı açıqlandı
Tarix: 04-05-2017 | Saat: 15:13
Bölmə:Şou-biznes / Aia TV | çapa göndər

“Facebook” istifadəçilərinin sayı açıqlandı



"Facebook” istifadəçilərinin sayı 1,94 milyarda çatıb, 1,28 milyarda yaxın adam hər gün bu sosial şəbəkədə ünsiyyət qurur.

Adalet.az Life-a istinadən xəbər verir ki, müvafiq məlumat 2017-ci ilin birinci rübündə şirkətin əldə etdiyi gəlirlərə dair hesabatda dərc edilib.

Məlumata görə, bu rəqəm keçən ilki göstəricilərdən 18 faiz artıqdır.

"2017-ci ildə çox gözəl başlanğıc oldu. Biz güclü dünya icmasını dəstəkləyən alətlərin üzərində işi davam etdiririk”, - bunu "Facebook"” şirkətinin rəhbəri Mark Zukerberq bəyan edib.

Həmçinin hesabatdan bir istifadəçinin 2016-cı ilin birinci rübündə gətirdiyi gəlirin 3,32 dollardan 4,23 dollara qədər artdığı məlum olur.

KİV-in məlumatına görə, bu gün yer kürəsi əhalisinin təxminən 27 faizi "Facebook”dan istifadə edir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024