Mobil versiya
Naxçıvanda pauerliftinq üzrə beynəlxalq turnir başlayır
Tarix: 04-05-2017 | Saat: 10:28
Bölmə:İdman | çapa göndər

Naxçıvanda pauerliftinq üzrə beynəlxalq turnir başlayır



Bu gün Naxçıvanda Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinin 94-cü ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir başlayır.

Azərbaycan Pauerliftinq Federasiyasından (APF)Adalet.az-a verilən məlumata görə, may ayının 7-ə kimi davam edəcək yarışda 12 çəki dərəcəsi üzrə mübarizə aparılacaq. Bu çəki dərəcələrində Elmir Tarverdiyev, Rövşən Xəlilov, Gündüz Məmmədov, Ramin Hüseynov, Elçin Məmmədov, Razim Hüseynov. Rüstəm Musayev, Ramil Əhmədov, Rüfət Ağayev mübarizə aparacaq. Yarışda ümumulikdə 10 ölkədən olan idmançllar iştirak edəcək. Turnirin keçirilməsində məqsəd ən yaxşı idmançılar qarşıdan gələn Avropa çempionatına və ilin sonunda keçiriləcək dünya çempinatına heyyətin təyin olunmasıdır.
Yarışı beynəlxalq dərəcəli hakim, yığma komandanın baş məşqçisi Şəmsi Bayramov, beynəlxalq dərəcəli hakim Qadir Babayev həmçinin federasiya tərəfindən təyin olunmuş hakimlər idarədə edəcəklər.

Qeyd edək ki, yarışın təntənəli açılış mərasimi mayın 5-də keçiriləcək. Açılış mərasimdə APF-nin prezidenti Ələddin Əliyev, Beynəlxalq Pauerliftinq Federasiyasın prezidenti Michel Sweeney iştirak edəcəklər.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024