Mobil versiya
Elmar Məmmədyarovdan Polad Bülbüloğluna dəstək
Tarix: 03-05-2017 | Saat: 12:36
Bölmə:Siyasət / Manşet | çapa göndər

Elmar Məmmədyarovdan Polad Bülbüloğluna dəstək




Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin dəstəklənməsi üçün növbəti görüş keçirib.
Xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun İcraiyyə Şurasına üzv olan dövlətlərin Azərbaycanda akkreditə olunan səfirləri ilə görüşüb.

AİA.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadənverdiyiməlumata görə, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan tərəfindən YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olan Polad Bülbüloğlu da iştirak edib.

E.Məmmədyarov Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlığın qurulduğunu, YUNESKO-nun Azərbaycanda mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyini qeyd edib. O, Azərbaycanın YUNESKO-nun dəyərlərinə və təməl prinsiplərinə sadiq ölkə kimi YUNESKO-nun məqsəd və məramlarının beynəlxalq səviyyədə təşviq olunmasına daim öz töhfəsini verdiyini diqqətə çatdırıb.

E.Məmmədyarov bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, zəngin idarəçilik və diplomatik təcrübəyə malik şəxs kimi Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib.
Görüşdə Polad Bülbüloğlu həyatı boyu mədəniyyətə bağlı insan olaraq YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd kimi baxışları ilə bölüşərək əsas məqsədinin YUNESKO-nun fəaliyyətinə siyasi təsirlərinin azaldılması, təşkilatın səmərəliliyinin artırılması, insan ölçülərinə diqqətin gücləndirilməsi olacağını vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Polad Bülbüloğlunun şəxsi və peşəkar xüsusiyyətləri, mədəniyyət və incəsənət xadimi kimi nailiyyətləri, milli və beynəlxalq səviyyədə mədəniyyətin inkişafına verdiyi töhfələri haqqında danışıb.O, yaradıcı insan olan Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, təşkilatın işinə öz əsaslı töhfəsini verəcəyinə əminliyini bildirdi.
Görüş qeyri-rəsmi şəraitdə dialoq və müzakirə formasında davam edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024