Mobil versiya
"Avropada terror olanda qışqırıqları aləmi bürüyür" - Siyavuş Novruzov
Tarix: 02-05-2017 | Saat: 13:21
Bölmə:Siyasət | çapa göndər

"Avropada terror olanda qışqırıqları aləmi bürüyür" - Siyavuş Novruzov



“Avropa Şurası Parlament Assambleyasının Türkiyəni post-monitoriqndən monitorinqə keçirməsi təəccüblü deyil. Bir neçə dəfə Avropa strukturlarından Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib. Bu da onlardan biridir”.

AzVision.azxəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda deyib.

YAP-ın icra katibinin müavini qeyd edib ki, bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar: “Türkiyə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendum ədalətli keçirilib. Nəticələr 86-90 faiz olanda deyirlər ki, faiz çoxdur. 51 faiz olanda da deyirlər ki, azdır. Bu cür yanaşma ilə Avropa strukturları hara gedir? Türkiyədə ədalətli səsvermənin nəticəsi idi ki, əhalinin 48 faizi əleyhinə səs vermişdi. Avropada bir terror aktı olanda qışqırıqları aləmi bürüyür. Bəs Türkiyənin ərazisində baş verənlər necə olsun?”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024