Mobil versiya
Azərbaycanda sahibkarların 20 faizi qadındır
Tarix: 02-05-2017 | Saat: 12:37
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda sahibkarların 20 faizi qadındır



“Azərbaycanda qadına inam hər zaman olub. Bu gün idarəçilik orqanlarında, Milli Məclisdə, bələdiyyələrdə, sahibkarlıq sahələrində qadınların sayının artdığını görürük. Bu da inkişafın göstəricisidir. Amma bu rəqəmlər bizi qane etmir”

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan qadınının potensialı cəmiyyətdə iştirakçılığın daha çox olmasına imkan verir.

“Bu gün artıq bələdiyyələrdə qadınların sayı 40%-ə yaxınlaşır. Sahibkarlıq sahəsində qadınların sayı 15-17% idisə, bu gün artıq 20%-i keçir. Hər bir sahədə qadınların sayının artdığını görürük".

A.Sofiyeva qeyd edib ki, Azərbaycan qanunvericiliyində qadın və kişi olmasından asılı olmayaraq bütün insanlar arasında əmək hüququ bərabər təmin edilib.

"Əmək hüququnun müqabilində qadın və kişilər eyni işə görə bərabər əmək haqqı alırlar. Sadəcə olaraq qadınlar peşə seçimi etdikdə elə sahələri seçirlər ki, orada az əmək haqqı nəzərdə tutulur".

A.Sofiyeva bildirib ki, bu gün hər bir cəmiyyətdə olduğu kimi Azərbaycanda da məişət zorakılığının qurbanları daha çox qadın və uşaqlardır. "Biz statistik rəqəmlərə baxanda məişət zorakılığı faktlarının azaldığını görürük. Bu yalnız rəsmi rəqəmlərdir. Lakin hər birimiz bilirik ki, reallıqda daha böyük rəqəmlərdir. Biz bunu qəbul etməliyik. Çünki elə faktlar var ki, məişət zorakılığı baş verir, amma bu ailə daxilində qalır. Bizim siyasətimizdə əsas məqsəd budur ki, ailədə baş verən problemləri əvvəlcədən aşkarlaya və vaxtında həll edə bilək".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024