Mobil versiya
Arvadını avtobusda vəhşicəsinə öldürən kişi sərt cəza aldı - FOTO
Tarix: 13-10-2015 | Saat: 16:16
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər





Qadın kəskin qanitirmədən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Namiq Məmmədovun (1962-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Aia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu il aprel ayının 8-i gecə saat 24 radələrində Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda Namiq Məmmədov aralarında şəxsi münasibətlərin pozulması zəminində həyat yoldaşı Fatma Şəmiyevanı (1968-ci il təv.) bıçaqlayaraq, ağır yaralayıb, sonra isə hadisə yerindən qaçıb.

Qadın Respublika Klinik xəstəxanasına aparılarkən yolda kəskin qanitirmədən vəfat edib. Hadisə yeri Yasamal RPİ 29-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, müvafiq qan nümunələri götürülüb, hadisənin şahidləri sorğu-sual olunub. Səhərisi gün şübhəli şəxs könüllü Yasamal RPİ-nə gələrək təslim olub və törətdiyi cinayət əməlini etiraf edib.

İstintaqla müəyyən edilib ki, cinayəti Namiq Məmmədov azyaşlı övladlarının gözləri qarşısında törədib. Həmin axşam evlərinə qayıdarkən ərlə arvad arasında qısqanclıq zəminində mübahisə yaranıb, nəticədə təqsirləndirilən şəxs şalvarının cibində gəzdirdiyi açılıb-qatlanan bıçağı çıxararaq Fatma Şəmiyevaya döş qəfəsindən və qarın nahiyəsindən çoxsaylı zərbələr vurub. Bununla da, o qadını xüsusi amansızlıqla qəsdən öldürüb.

Məhkəmə prosesində Namiq Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Namiq Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə