Mobil versiya
“İlham Əliyev və Sarkisyan yayda görüşə bilər”
Tarix: 01-05-2017 | Saat: 13:30
Bölmə:Siyasət / Manşet | çapa göndər

“İlham Əliyev və Sarkisyan yayda görüşə bilər”



Rusiyalı ekspert Aleksandr Skakov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü barədə fikir bildirib.

AzVision.az xəbər verir ki, ekspert “Armlur.am”-a müsahibəsinə öncə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən həftə Moskvada baş tutan görüşünə münasibət bildirib.

Skakov vurğulayıb ki, xarici işlər nazirlərinin Moskvada baş tutan görüşündən hər hansı nəticə gözlənilmir.

"Hər bir görüşün əhəmiyyəti var, ancaq nazirlərin keçirdiyi görüş protokol xarakterli idi. Tərəflər güzəştə getmək fikrində olmadıqlarına görə, irəliləyişə nail olunmadı".

Görüşdən sonra ətraflı açıqlamanın verilmədiyinə munasibət bildirən Skakov qeyd edib ki, tərəflərin Moskvada görüşü ilə bağlı deməyə sözü olmayıb.

"Tərəflər heç nəyi razılaşdıra bilmədiklərinə görə, görüşün nəticələrinə dair ümumi açıqlama verildi".



Rus ekspert hesab edir ki, istənilən halda Azərbaycan və Ermənistan prezidentləri görüşəcək və danışıqları davam etdirəcəklər. Onun fikrinə görə, prezidentlərin görüşü yay və payızda baş tuta bilər: "Yenə də irəliləyiş və nəticə gözləməyə dəyməz".

Onun sözlərinə görə, aprel döyüşlərinin təkrar olunacağı gözlənilmir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024