Elton Məmmədov oğlunun tutulmasından danışdı
Tarix: 13-10-2015, 16:09 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Elton Məmmədov oğlunun tutulmasından danışdı


"Oğlum Aynar Məmmədov bütün günü işdə, yanımda olub". Bunu Trend-ə açıqlamasında millət vəkili Elton Məmmədov deyib.

Onun sözlərinə görə, yayılan informasiyalar ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. E.Məmmədov oğlunun tutulması ilə bağlı yayılan xəbərləri təkzib edərək, bunun həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, deputat E.Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən “Nar Cafe”də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla, xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Trend-ə bildirib ki, sözügedən kafedə polis tərəfindən əməliyyat həyata keçirilib. Nazirliyin sözçüsü qeyd edib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar Cafe"də qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə əməliyyat tədbirləri keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq, cərimə olunmaları üçün məhkəməyə göndərilib.



5540 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}