Mobil versiya
Əli Əhmədov: "İnsanların həyat şəraiti daha da yaxşılaşacaq"
Tarix: 1-05-2017, 12:17 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet | çapa göndər

Əli Əhmədov: "İnsanların həyat şəraiti daha da yaxşılaşacaq"



Bəşəriyyət inkişafın kifayət qədər yüksək mərhələsinə çatmasına baxmayaraq, dünyada layiqli insan həyatını təmin etmək üçün ciddi problemlər var.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu" adlı konfransda çıxışı zaman deyib.

Ə.Əhmədov bildirib ki, BMT-nin hesablamalarına əsasən, dünyada bir milyard insan normal qidalanmaqdan məhrumdur:

"Eynilə də işsizlik dünyanın bəzi qitələrində ciddi problem yaradır, on milyonlarla insan işsizlikdən əziyyət çəkir və təbii ki, bu da onların normal qidalanmasına birbaşa təsir göstərir. Xəstəliklər ayrı-ayrı bölgələri ciddi narahat edən bir faktordur. Bəzi ölkələrdə insan ömrü 50-55 yaş arasındadır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramı bu probmelərin 2030-cu ilə qədər həll edilməsini nəzərdə tutulur".

Baş nazirin müavini bildirib ki, qlobal problemlər, aclıq, işsizlik daha çox təbii sərvətləri zəngin olan ölkələrə aiddir:

"Afrika ölkələri və digər bu kimi ölkələr bu sərvətlərin onların inkişafına xidmət etməsindən məhrumdurlar. Bir milyarda qədər insan gündə bir dollarla yaşamağa məhkumdurlar. Ancaq Avropa İttifaqında minimum əmək haqqı saatda 8 avrodur. Görün nə qədər böyük fərq var. Bu, insanların fəaliyyətinin nəticəsi olaraq yaranmış fərqlərdir. BMT-nin hazırladığı bu proqram bütün dünya ölkələri üçün nəzərdə tutulur. Ancaq ayrı-ayrı ölkələr qarşısında duran məqsədlər fərqlidir. Yəni inkişaf etməmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin qarşısında duran məqsədlər fərqlidir".

Ə.Əhmədov bildirib ki, Azərbaycanın bu proqrama qoşulmasında məqsəd ölkə əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır:

"Azərbaycan iqtisadiyyatı son illər ciddi şəkildə inkişaf edib. Son 12 il ərzində Azərbaycan iqtisadiyyatının 3.5 dəfə artması möhtəşəm bir göstəricidir. Bu ill ərzində çoxlu sayda yeni məktəblər, səhiyyə ocaqları tikilib və mövcud məktəblər və səhiyyə ocaqları yenidən qurulub əhalinin istifadəsinə verilib. Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ciddi infrastruktur yaradılıb. Bu proqrama qoşulmaqda məqsədimiz insanlarımızın həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Azərbaycan iqtisadiyyatının yeni strategiyası müəyyənləşib və bunun nəticəsində insanların həyat şəraiti daha da yaxşılaşacaq. Bu məqsədlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti təşkilatları da böyük töhfə verə bilər".

AİA.az



5467 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930