Mobil versiya
Bu şəxslər üçün avtobuslar pulsuz olacaq
Tarix: 01-05-2017 | Saat: 10:17
Bölmə:Gündəm / Manşet | çapa göndər

Bu şəxslər üçün avtobuslar pulsuz olacaq




Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 01-30 may 2017-ci il tarixlərində Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə, daşıyıcılarla ayrıca görüşlər keçirilib.

Bakı Nəqliyyat Agentliyi akreditasiya kartı alan şəxslərə sərnişin avtobuslarına minərkən kartlarını açıq şəkildə üzərlərindən asmağı tövsiyə edir.

Məlumat üçün onu da qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumları və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzi (NƏM) təşkil edilib. IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaqdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024