Mobil versiya
Mişel Trampın inauqurasiyasında niyə bikef idi? - İlk dəfə açıqladı - FOTO
Tarix: 29-04-2017 | Saat: 18:16
Bölmə:Media | çapa göndər

Mişel Trampın inauqurasiyasında niyə bikef idi? - İlk dəfə açıqladı - FOTO



ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın yanvarın 20-də prezident Donald Trampın inauqurasiya mərasimində narazı və bikef görünüşü aylardır ki, hələ də müzakirə olunur.

AİA.Az bildirir ki, qafqazinfo-nun "Ria Novosti"yə istinadən məlumatına görə, Mişel Obama Orlando ştatında institutlardan birində çıxışı zamanı məsələyə münasibətində bildirib ki, o an, sadəcə, göz yaşlarını tutmağa çalışıb.



"Mən insanların gözlərimdəki yaşı görməyini istəmirdim, əks təqdirdə mənim yeni prezidentə görə ağlayacağımı düşünəcəkdilər", - M.Obama söyləyib.

Eks "First Lady", həmçinin qeyd edib ki, prezident administrasiyasında həyat çətin olub və övladlarının yenidən bu yoldan keçmələrini istəməzdi: "Hazırda gecələr pəncərələri rahatlıqla açır və müşayiətsiz harasa rahat gedirik".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024